Muxtəsər təfsir
قَدْ عَلِمْنَا مَا تَنقُصُ ٱلْأَرْضُ مِنْهُمْ ۖ وَعِندَنَا كِتَـٰبٌ حَفِيظٌۢ ﴿٤﴾
Onlar öldükdən sonra yerin onların cəsədlərini necə çürüdüb yox etdiyini bilirik. Heç bir şey Bizdən gizli qalmaz. Bizdə, Uca Allahın onların həyatında və ölümündən sonra nələr baş verəcəyinə dair əzəldən yazdığı qədəri qoruyan bir kitab var.