Muxtəsər təfsir
وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍ ﴿٤٣﴾
Salehin (aleyhissəlam) qövmü Səmudun hekayətində də şiddətli əzabdan qorxanlar üçün ibrət vardır. O zaman onlara belə deyilmişdi: “Əcəliniz yetişənədək dünya həyatınızla dolanıb-keçinin!”