Muxtəsər təfsir
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَـٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ ﴿٥٩﴾
Ey Peyğəmbər! Heç şübhəsiz ki, səni yalançı saymaqla özlərinə zülm edənləri, özlərindən əvvəl yaşamış həmtaylarının qisməti kimi əzabdan bir qismət gözləyir. Bu qismətin müəyyən edilmiş bir vaxtı vardır, qoy onlar Məndən onun tez baş verməsini istəməsinlər!