Muxtəsər təfsir
أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ ﴿٣٧﴾
Yoxsa sənin Rəbbinin ruzi xəzinələri onların əlindədir və onlar bunu istədiklərinə verirlər, habelə, peyğəmbərlik bəxş etmək onların ixtiyarındadır və onlar bunu istədiyinə verir, istədiyini də ondan məhrum edirlər?! Yaxud onlar hökm sahibidirlər, istədikləri işləri görə bilirlər?!