Muxtəsər təfsir
وَكَم مِّن مَّلَكٍ فِى ٱلسَّمَـٰوَٰتِ لَا تُغْنِى شَفَـٰعَتُهُمْ شَيْـًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ ﴿٢٦﴾
Göylərdə neçə-neçə mələk var ki, onlar bir kimsəyə şəfaətçilik etmək istəsələr, onların şəfaəti yalnız Allahın istədiyi və Onun, haqqında şəfaətçilik edilməsinə razı qaldığı kimsələrə fayda verər. Allah isə Ona şərik qoşan kimsə üçün şəfaətçilik edilməsinə əsla izn verməz və Ondan başqasına ibadət edən kimsə üçün şəfaətçilik edilməsinə əsla razı olmaz.