Muxtəsər təfsir
وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ ﴿٣﴾
Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gətərdiyi haqqı yalan saydılar və bunu təkzib etmək xüsusunda öz nəfslərinin istəklərinə uydular. Halbuki qiyamət günü hər bir əməlin əvəzi - istər xeyir olsun, istərsə şər - öz sahibinə yetişəcəkdir.