Muxtəsər təfsir
مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشٍۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى ٱلْجَنَّتَيْنِ دَانٍ ﴿٥٤﴾
Onlar orada astarları qalın ipəkdən olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin bar verdiyi məhsullar və meyvələr onlara o qədər yaxın olacaq ki, cənnət əhli istər ayaq üstə, istər oturulu vəziyyətdə, istərsə də, uzanmış halda onları dərə biləcəkdir.