Muxtəsər təfsir
يَوْمَ يَقُولُ ٱلْمُنَـٰفِقُونَ وَٱلْمُنَـٰفِقَـٰتُ لِلَّذِينَ ءَامَنُوا۟ ٱنظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ٱرْجِعُوا۟ وَرَآءَكُمْ فَٱلْتَمِسُوا۟ نُورًا فَضُرِبَ بَيْنَهُم بِسُورٍ لَّهُۥ بَابٌۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحْمَةُ وَظَـٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلْعَذَابُ ﴿١٣﴾
O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə deyəcəklər: “Bir az gözləyin, biz də sizin nurunuzdan alaq ki, körpünün üstündən keçməkdə bizə kömək olsun”. Bu zaman münafiqlərə istehza edilərək deyiləcək: “Geriyə qayıdıb nur axtarın ki, sizin yolunuzu işıqlandırsın!” Onların arasına bir sədd çəkiləcək və bu səddin bir qapısı olacaq. O qapının içəri tərəfində - möminlərə doğru yönələn üzündə mərhəmət, çöl tərəfində - münafiqlərə doğru yönələn üzündə əzab olacaqdır.