Muxtəsər təfsir
إِنَّ ٱلْمُصَّدِّقِينَ وَٱلْمُصَّدِّقَـٰتِ وَأَقْرَضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًا يُضَـٰعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ ﴿١٨﴾
Şübhəsiz ki, mallarının bir hissəsini könül xoşluqları ilə, üstəlik, heç kəsə minnət qoymadan və əziyyət vermədən sədəqə verən kişi və sədəqə verən qadınlar üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onlara bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər və bundan da çox əvəz veriləcəkdir. Bununla yanaşı onlar üçün Allah qatında çox dəyərli bir mükafat - Cənnət vardır.