×
الحديدAyə 21

Muxtəsər təfsir

سَابِقُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿٢١﴾

Ey insanlar! Tövbə etməyə və başqa bu kimi saleh əməlləri yerinə yetirməyə tələsin ki, onların sayəsində günahlarınız bağışlansın və həmçinin, genişliyi göyün və ye­rin ge­nişliyi qədər olan Cənnəti qazanasınız. Allah o Cənnəti Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlamışdır. Bu mükafat, Allahın lütfüdür, onu Öz qullarından istədiyinə verər. Pak və müqəddəs Allah mömin qullarına qarşı böyük lütf sahi­bidir.