×
المجادلةAyə 18

Muxtəsər təfsir

يَوْمَ يَبْعَثُهُمُ ٱللَّهُ جَمِيعًا فَيَحْلِفُونَ لَهُۥ كَمَا يَحْلِفُونَ لَكُمْ ۖ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَىٰ شَىْءٍ ۚ أَلَآ إِنَّهُمْ هُمُ ٱلْكَـٰذِبُونَ ﴿١٨﴾

Allah o münafiqlərin hamısını etdikləri əməllərin əvəzini almaq üçün dirildəcəyi, onlardan heç birini buraxmayacağı gün, onlar sizə, ey möminlər, bu dünyada and içdikləri kimi, Allaha da axirətdə özlərinin müsalman olduqlarına dair and içəcək və Allaha and içdikləri bu andlar sayəsində nə isə əldə edəcəklərini və bu, həm onlara fayda verəcəyini, həm də onlardan zərəri dəf edəcəyini güman edəcəklər. Xeyr, onlar dünyada və axirətdə içdikləri andlarında əsl yalançılardır.