×
المجادلةAyə 21

Muxtəsər təfsir

كَتَبَ ٱللَّهُ لَأَغْلِبَنَّ أَنَا۠ وَرُسُلِىٓ ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌ ﴿٢١﴾

Allah Öz əzəli elmi sayəsində belə yazmışdır: “Mən və Mənim elçilərim dəlil-sübut və güc-qüvvət sayəsində düşmənlərimizə hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Öz elçilərinin qalib gəlməsinə kömək göstərməyə gücü yetəndir, onların düşmənlərindən intiqam almağa qadirdir.