×
الحشرAyə 15

Muxtəsər təfsir

كَمَثَلِ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَرِيبًا ۖ ذَاقُوا۟ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ﴿١٥﴾

Bu yəhudilər küfr etməkdə və əzaba düçar olmaqda, özlərindən az bir müddət əvvəl küfrlərinin pis aqibətini görmüş - bir qismi öldürülmüş, bir qismi də əsir götürülmüş Məkkə müşriklərinə bənzəyirlər. Axirətdə onlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır.