Muxtəsər təfsir
لَا يَسْتَوِىٓ أَصْحَـٰبُ ٱلنَّارِ وَأَصْحَـٰبُ ٱلْجَنَّةِ ۚ أَصْحَـٰبُ ٱلْجَنَّةِ هُمُ ٱلْفَآئِزُونَ ﴿٢٠﴾
Cəhənnəm əhli ilə Cənnət əhli eyni ola bilməz. Əksinə, onların dünyada etdiyi əməllər fərqli olduğu kimi, cəzaları da fərqlidir. Cənnət əhli istədiklərinə nail olduqlarına və qorxduqları əzabdan qurtulduqlarına görə uğur qazananlardır.