×
الأنعامAyə 109

Muxtəsər təfsir

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ لَئِن جَآءَتْهُمْ ءَايَةٌ لَّيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا ٱلْـَٔايَـٰتُ عِندَ ٱللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَآ إِذَا جَآءَتْ لَا يُؤْمِنُونَ ﴿١٠٩﴾

Müşriklər bacardıqları ən möhkəm andlarla Allaha and içdilər ki, əgər Muhəmməd - səllallahu aleyhi və səlləm - on­ların təklif etdikləri ayələrdən hər hansı birini gəlsə, mütləq ona ina­nacaqlar. Ey Peyğəmbər! Onlara de: "Tələb etdiyiniz ayələr məndə deyil ki, onları sizin üçün nazil edim. Onlar Alla­hın ya­nındadır və istədiyi vaxt nazil edir". Ey Möminlər! Siz hara­dan bilə­siniz ki, əgər bu ayələr onların tələbinə uygun olaraq gəl­dik­də onlar ye­nə də iman gə­tir­məyəcəklər. Əksinə, yenə də öz inadkarlığında qalıb, inkar edəcəklər, çünki onlar haqq yolunu istəmirlər.