Muxtəsər təfsir
أَفَغَيْرَ ٱللَّهِ أَبْتَغِى حَكَمًا وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ إِلَيْكُمُ ٱلْكِتَـٰبَ مُفَصَّلًا ۚ وَٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يَعْلَمُونَ أَنَّهُۥ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِٱلْحَقِّ ۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ ﴿١١٤﴾
Ey Peyğəmbər! Allahla yanaşı qeyrisinə ibadət edən müşriklərə de: "Allah Quranı sizə hər bir şeyin təfərrüatı ilə nazil etdiyi halda, mənin sizinlə öz aramda Allahdan başqasını hakim qəbul etməyim sizcə ağıla batandırmı?" Özlərinə Tövrat verdiyimiz yəhudilər və özlərinə İncil verdiyimiz nəsranilər öz kitablarındakı dəlilləri gördkdən sonra, Quranın sənə haqq olaraq nazil edildiyini bilirlər. Odur ki, sənə nazil etdiyimiz ayələr barədə şübhə edənlərdən olma.