Muxtəsər təfsir
قُل لِّمَن مَّا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُل لِّلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ لَا رَيْبَ فِيهِ ۚ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿١٢﴾
Ey Peyğəmbər! Onlara de: "Göylərdə, yerdə və olanların arasında olan mülk kimə məxsusdur?" De: "Hamısının mülkü Allaha məxsusdur!" Allah Özünə, qullarına lütf edərək, rəhmli olmağı yazmışdır. Onlara əzab verməyə tələsməz, əgər onlar tövbə etməsələr Qiyamət günü hamısını bir yerə cəm edəcəkdir. Bu, şübhə edilməyən bir gündür. Allaha küfr etməklə özlərini ziyana uğradanlar iman gətirməzlər, elə isə özlərini ziyandan xilas etsinlər.