×
الأنعامAyə 124

Muxtəsər təfsir

وَإِذَا جَآءَتْهُمْ ءَايَةٌ قَالُوا۟ لَن نُّؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَآ أُوتِىَ رُسُلُ ٱللَّهِ ۘ ٱللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُۥ ۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجْرَمُوا۟ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٌ شَدِيدٌۢ بِمَا كَانُوا۟ يَمْكُرُونَ ﴿١٢٤﴾

Kafirlərin başçılarına Allah Öz peyğəmbərinə nazil etdiyi ayələrdən hər hansı bir ayə gəldik­də: "Alla­h elçilərinə peyğəmbərlik və risalə verdiyinin bən­zə­rini bizə də vermə­yincə biz iman gətirməyəcəyik"– de­di­lər. Allahda onlara risalətin kimə ve­rəcəyini və bunun məşəqqətinə kimin tab gətirə biləcəyini daha yaxşı bilib, peyğəmbərlik və risalə üçün müəyyən qullarından seçdiyini xəbər verərək cavab verdi. Həddlərini aşanlar haqqdan üz çevirdiklərinə görə zəlilliyə və alçağlıqa düçar olacaqlar, məkrli əməllərininə görə isə şid­dət­li əzab çə­kə­cəklər.