×
الأنعامAyə 128

Muxtəsər təfsir

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَـٰمَعْشَرَ ٱلْجِنِّ قَدِ ٱسْتَكْثَرْتُم مِّنَ ٱلْإِنسِ ۖ وَقَالَ أَوْلِيَآؤُهُم مِّنَ ٱلْإِنسِ رَبَّنَا ٱسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَآ أَجَلَنَا ٱلَّذِىٓ أَجَّلْتَ لَنَا ۚ قَالَ ٱلنَّارُ مَثْوَىٰكُمْ خَـٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ ﴿١٢٨﴾

Ey Peyğəmbər! Allah insanları və cinləri bir yerə toplayacağı gün onlara: "Ey cin tay­fası! Artıq siz insan­lardan bir çoxunu azdırdınız və Allahın yolundan döndərdiniz"- deyəcəyini yadına sal. İn­san­­lardan onlara tabe olanlar isə Rəbbinə cavab olaraq de­yə­cəklər: "Ey Rəb­bi­miz! Bizdən hər biri digərimizdən fay­da­lan­dıq. Cinlər insanların onlara itaət etməsindən ləzzət aldı, insanlar isə cinlərin onlara xidmət edib istədiklərini etdiklərinə görə cinlərdən fafdalandılar və sonda bi­zim üçün mü­əyyən et­di­yin vaxta, qiyamət gününə gəlib çatdıq". Allah de­yə­cək: "Qəbirlərindən dirilib Cəhənnəmə varid olma arasındakı Allahın istədiyi müddət müstəsna olmaqla od sizin əbədi qa­la­cağınız yerdir". Allah yalnız bu müddət ərzində onların odda əbədi qalmayacaqlarını müstəsna etmişdir. Ey Peyğəmbər! Həqi­qə­tən, Rəbbin hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir, qullarından xəbərdardır və onlardan kimin əzaba layiq olduğunu bilən­dir.