Muxtəsər təfsir
إِنَّ مَا تُوعَدُونَ لَـَٔاتٍ ۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ ﴿١٣٤﴾
Ey Kafirlər! Şübhə yoxdur ki, sizə vəd olunan - qəbirlərdən dirilib çıxma, haqq-hesab və əzab günü mütləq gələcəkdir. Siz ondan qaçıb yaxa qurtara bilməyəcəksiniz. O, sizin kəkillərinizdən tutaraq sizə Öz əzabını dadıracaqdır.