×
الأنعامAyə 149

Muxtəsər təfsir

قُلْ فَلِلَّهِ ٱلْحُجَّةُ ٱلْبَـٰلِغَةُ ۖ فَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ ﴿١٤٩﴾

Ey Peyğəmbər! Müşriklərə de: "Əgər bu zəif dəlillərinizdən başqa sizin heç bir dəliliniz yoxdursa, gətirdiyiniz üzürləri və qəlbinizdə olan şübhələri batil edən tutarlı dəlillər ancaq Alla­ha məx­susdur. Ey Müşriklər! Əgər Allah sizin hamınızı haqqa müvəffəq etmək istə­səy­di, müvəffəq edərdi".