Muxtəsər təfsir
قُلْ تَعَالَوْا۟ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَـٰنًا ۖ وَلَا تَقْتُلُوٓا۟ أَوْلَـٰدَكُم مِّنْ إِمْلَـٰقٍ ۖ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا۟ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ ﴿١٥١﴾
Ey Peyğəmbər! İnsanlara de: "Gəlin, Allahın nələri haram etdiyini sizə oxuyum. Allah sizə məxluqatı Ona şərik qoşmağı, valideynlərin üzünə ağ olmağı haram etmiş, onlara yaxşılıq etməyi isə sizə vacib etmişdir. Cahiliyyə dövründə öz uşaqlarını öldürdükləri kimi, Allah sizə yoxsulluq üzündən uşaqlarınızı öldürməyi haram etmişdir. Sizin də, onların da ruzisini verən Allahdır. Allah sizə çirkin əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmağı, evləndikdən sonra zina edən, İslama gəldikdən sonra mürtəd olan şəxs kimi haqlı yerə öldürülən kimsələr müstəsna olmaqla, Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyi haram etmişdir. Allah bu deyilənləri sizə tövsiyə etmişdir ki, bəlkə Allahın əmr və qadağalarını anlayasınız.