Muxtəsər təfsir
ٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمُ ۘ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿٢٠﴾
Özlərinə Tövrat verdiyimiz yəhudilər və özlərinə İncili verdiyimiz nəsranilər Muhəmməd peyğəmbərin - sallallahu aleyhi və səlləm - öz oğullarını başqasının oğlundan tanıdıqları kimi lap yaxşı tanıyırlar. Özlərini oda salmaqla ziyana uğradan o, kimsələr iman gətirməzlər.