Muxtəsər təfsir
ٱنظُرْ كَيْفَ كَذَبُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿٢٤﴾
Ey Muhəmməd! Bax gör, onlar Allaha şərik qoşduqlarını inkar edərək özlərinə qarşı necə yalan söyləyirlər. Dünya həyatında ibadətdə Allahla yanaşı uydurduqları bütlər isə onlardan uzaqlaşıb yox olacaq və onları köməksiz qoyacaq.