Muxtəsər təfsir
وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُوا۟ عَلَىٰ مَا كُذِّبُوا۟ وَأُوذُوا۟ حَتَّىٰٓ أَتَىٰهُمْ نَصْرُنَا ۚ وَلَا مُبَدِّلَ لِكَلِمَـٰتِ ٱللَّهِ ۚ وَلَقَدْ جَآءَكَ مِن نَّبَإِى۟ ٱلْمُرْسَلِينَ ﴿٣٤﴾
Onların sənin gətirdiyin dini yalan saymalarının xüsusilə sənə aid olduğunu əsla güman etmə. Belə ki, səndən əvvəlki elçiləri də yalançı sayılmış və öz qövmləri tərəfindən əziyyətlərə məruz qalmışdılar. Lakin onlar Allahdan kömək gələnədək, Allah yolunda dəvət və cihad etməklə səbir nümayiş etdirdilər. Heç kəs Allahın yazdığı köməyi və peyğəmbərlərinə verdiyi vədi dəyişə bilməz. Ey Peyğəmbər! Artıq səndən əvvəlki peyğəmbərlər, onların öz qövmündən gördükləri əziyyətlər və Allah onlara düşmənçilik edənləri həlak edərək onlara necə kömək etdiyi bəzi xəbərlər sənə gəlib çatdı.