Muxtəsər təfsir
وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ وَلَا طَـٰٓئِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّآ أُمَمٌ أَمْثَالُكُم ۚ مَّا فَرَّطْنَا فِى ٱلْكِتَـٰبِ مِن شَىْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ ﴿٣٨﴾
Ey Adəm övladı! Yer üzündə hərəkət edən heyvanların və göydə uçan quşların hamısı yaradılış və ruzi baxımından sizin kimi ümmətlərdir. Biz Lövhi-məhfuzda hər bir şeyi qeydə almışıq. Hamısının elmi Allah yanındadır. Sonra Qiyamət günü onların arasında hökm vermək üçün Rəbbinin hüzuruna toplanacaqlar və O, hər kəsə əməllərinin əvəzini layiq olduğu şəkildə verəcəkdir.