×
الأنعامAyə 43

Muxtəsər təfsir

فَلَوْلَآ إِذْ جَآءَهُم بَأْسُنَا تَضَرَّعُوا۟ وَلَـٰكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٤٣﴾

Heç olmasa bəlamız on­la­ra gəldiyi zaman bəlanı onlardan sovuşması üçün Allah qarşısında zəlil olub, Ona boyun əy­səydilər, Biz onlara rəhm edərdik. Lakin onlar bunu etmədilər, əksinə on­ların qəlb­ləri sərt­ləş­di və başlarına gələn bu bəladan ibrət çıxarıb, öyüd-nəsihət almadılar və şeytan da onlara etdikləri küfr və asi əməlləri gözəl­ gösdərdi və beləliklə də olduqları əməllər üzərində davam etdilər.