Muxtəsər təfsir
فَقُطِعَ دَابِرُ ٱلْقَوْمِ ٱلَّذِينَ ظَلَمُوا۟ ۚ وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٥﴾
Beləliklə, kafir qövmün hamısı həlak olmaqla, Allahın Öz elçilərinə yardım etməsi sayəsində kafirlərin kökü kəsildi. Allah Ona düşmənçilik edənləri məhv etdiyinə və elçilərinə göstərdiyi yardımna görə şükür və səna aləmlərin Rəbbi tək Allaha məxsudur!