Muxtəsər təfsir
ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۚ وَلَوْ أَشْرَكُوا۟ لَحَبِطَ عَنْهُم مَّا كَانُوا۟ يَعْمَلُونَ ﴿٨٨﴾
Onların nail olduqları müvəffəqiyyət, bu, Allahın qullarından istədiyinə bəxş etdiyi müvəffəqiyyətdir. Əgər onlar Allaha başqasını şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər batil olardı, çünki Allaha şərik qoşmaq saleh əməli batil edir.