Muxtəsər təfsir
فَالِقُ ٱلْإِصْبَاحِ وَجَعَلَ ٱلَّيْلَ سَكَنًا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ حُسْبَانًا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ﴿٩٦﴾
Gecənin zülmətindən səhərin nurunu yarıb çıxardan da, gecəni insanların gündüz ikən ruzi axtarıb yorulduqdan sonra dincəlmək üçün istirahət vaxtı edən də, günəşi və ayı müəyyən hesabla hərəkət edən vaxt ölçüsü edən də, pak və uca olan Allahdır. Bu deyilən misilsiz yaradılış, məğlub edilməz və qulları üçün nəyin daha xeyirli olduğunu bilən qüdrətli Allahın əzəldən müəyyən etdiyi hökmdür.