×
الصفAyə 13

Muxtəsər təfsir

وَأُخْرَىٰ تُحِبُّونَهَا ۖ نَصْرٌ مِّنَ ٱللَّهِ وَفَتْحٌ قَرِيبٌ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ ﴿١٣﴾

Bu ticarətdən əldə ediləcək, sizin sevdiyiniz başqa bir qazanc da vardır ki, bu da, sizə dünyada veriləcək - Allahın sizi düşmənləriniz üzərində qələbə çalmağa və yaxın zamanda Məkkəni və digər yerləri fəth etməyə müvəffəq etməsidir. Ey Peyğəmbər! Möminləri sevindirəcək müjdəni - bu dünyada qələbə çalacaqlarını, axirətdə də Cənnətə girməklə uğur qazanacaqlarını onlara xəbər ver.