×
الصفAyə 3

Muxtəsər təfsir

كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ أَن تَقُولُوا۟ مَا لَا تَفْعَلُونَ ﴿٣﴾

Nifrətlə qarşılanan o əməl Allah yanında böyük günah sayılır. Bu da sizin etmədiyiniz şeyləri danışmağınızdır. Möminə, Allah qatında doğrudan başqa bir şey danışması yaraşmaz. Mömin kimsənin əməli ilə sözü bir-birinə düz gəlməlidir.