×
التغابنAyə 12

Muxtəsər təfsir

وَأَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿١٢﴾

Allaha və Onun rəsuluna itaət edin! Əgər Allahın rəsulunun gətirdiyindən üz döndərsəniz, bunun günahı sizə yazılar, rəsulumuzun öhdəsinə düşən isə yalnız Bizim ona əmr etdiyimizi təbliğ etməkdir ki, bunu da o, artıq sizə təbliğ etmişdir.