Muxtəsər təfsir
وَأَسِرُّوا۟ قَوْلَكُمْ أَوِ ٱجْهَرُوا۟ بِهِۦٓ ۖ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿١٣﴾
Ey insanlar! Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, Allah onu bilir. Şübhəsiz ki, O Öz qulların qəlbində olanları bilir və heç bir şey Ona gizli qalmaz.