×
الملكAyə 19

Muxtəsər təfsir

أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ فَوْقَهُمْ صَـٰٓفَّـٰتٍ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱلرَّحْمَـٰنُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۭ بَصِيرٌ ﴿١٩﴾

Məgər haqqı yalan sayanlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən qanadlarını yığan, hərdən də açan qanadlarını quşları görmürlərmi?! Onları yerə düşmədən havada saxlayan yalnız Mərhəmətli Allahdır. Şübhəsiz ki, O, hər şeyi görəndir və heç bir şey Ona gizli qalmaz.