×
الملكAyə 28

Muxtəsər təfsir

قُلْ أَرَءَيْتُمْ إِنْ أَهْلَكَنِىَ ٱللَّهُ وَمَن مَّعِىَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلْكَـٰفِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ ﴿٢٨﴾

Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə inkar edərək de: "Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olan möminləri öldürərsə və ya bizə mərhəmət edib əcəlimizi uzatsa, o zaman kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?! Onları əzabdan heç kəs qurtara bilməz".