×
الملكAyə 8

Muxtəsər təfsir

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ ۖ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ ﴿٨﴾

Cəhənnəm, öz içinə düşənlərə olan qəzəbindən az qala parçalanıb ayrılsın. Hər dəfə cəhənnəmlik olan kafirlərdən bir dəstə oda atılarkən Cəhənnəm gözətçiləri onlara təhqiranə sual verib deyəcəklər: “Məgər dünyada sizə Allahın əzabı ilə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”