Muxtəsər təfsir
أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ ﴿٤٦﴾
Ey Peyğəmbər! Yoxsa sən, onları haqq yola dəvət etdiyinə görə onlardan bir mükafat istəyirsən və onlar da buna görə ağır bir borca düşüblər, bu səbəbdən də, səndən üz çevirirlər?! Həqiqət isə bunun tam əksidir, sən onlardan heç bir mükafat istəmirsən.Elə isə sənə tabe olmağa onlara mane olan nədir?!