×
الأعرافAyə 113

Muxtəsər təfsir

وَجَآءَ ٱلسَّحَرَةُ فِرْعَوْنَ قَالُوٓا۟ إِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَـٰلِبِينَ ﴿١١٣﴾

Beləliklə də Firon sehrbazları toplamaq üçün Misirin şəhərlərinə adamlar göndərdi. Nəhayət, onlar Fironun ya­nına gəldikdə, ona belə dedilər: "Əgər biz öz sehiimizlə Musanı məğlub edib, ona qalib gəl­sək bizim üçün bir mükafat olacaqmı?"