Muxtəsər təfsir
قَالَ أَلْقُوا۟ ۖ فَلَمَّآ أَلْقَوْا۟ سَحَرُوٓا۟ أَعْيُنَ ٱلنَّاسِ وَٱسْتَرْهَبُوهُمْ وَجَآءُو بِسِحْرٍ عَظِيمٍ ﴿١١٦﴾
Musa heç onlara fikir vermədən və Rəbbinin ona yardım edəcəyinə inanaraq dedi: "Əllərinizdəki əsalarınızı və iplərinizi birinci siz atın!" Onlar əllərindəkiləri atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və insanların gözündə güclü bir sehr göstərdilər.