Muxtəsər təfsir
قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ ۖ قَالَ أَنَا۠ خَيْرٌ مِّنْهُ خَلَقْتَنِى مِن نَّارٍ وَخَلَقْتَهُۥ مِن طِينٍ ﴿١٢﴾
Uca Allah İblisə, onu məzəmmət edərək dedi: "Mən sənə Adəmə səcdə etmək əmrini verdikdə sənə Mənim əmrimə tabe olmağa nə mane oldu?" İblis Rəbbinə cavab olaraq dedi: "Mənim ondan əfzəl olmağım, məni ona səcdə etməyə mane oldu. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan, od isə palçıqdan daha üstündür!