Muxtəsər təfsir
فَإِذَا جَآءَتْهُمُ ٱلْحَسَنَةُ قَالُوا۟ لَنَا هَـٰذِهِۦ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَطَّيَّرُوا۟ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓ ۗ أَلَآ إِنَّمَا طَـٰٓئِرُهُمْ عِندَ ٱللَّهِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿١٣١﴾
Firon xalqına bolluq, gözəl meyvələr və ucuzluq və s. bu kimi xoşladıqları şeylər verildikdə: "Bu nemətlər bizə, biz buna layiq olduğumuz və bunların yalnız bizə aid olduğu üçün verilmişdir!"– deyərdilər. Onlara quraqlığ, yağışın yağmaması və xəstəliklər və s. bu kimi pisliklər üz verdikdə isə, Musa - aleyhissəlam - və onunla birlikdə olan İsrail oğullarını uğursuzluq əlaməti sayardılar. Əslində isə onların uğursuzluğu pak və uca olan Allahın qədəri ilədir, bu işdə Musanın - aleyhissəlam - onlara bəd dua etməsindən başqa, Musanın və ona iman gətirənlərin heç bir aidiyyatı yoxdur. Lakin onların çoxu bunu bilmədikləri üçün bunu Allahdan başqalarının etdiyini zənn edirlər.