×
الأعرافAyə 133

Muxtəsər təfsir

فَأَرْسَلْنَا عَلَيْهِمُ ٱلطُّوفَانَ وَٱلْجَرَادَ وَٱلْقُمَّلَ وَٱلضَّفَادِعَ وَٱلدَّمَ ءَايَـٰتٍ مُّفَصَّلَـٰتٍ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا مُّجْرِمِينَ ﴿١٣٣﴾

Biz də onların Allahın ayələrini yalan hesab edib və bu ayələrə inadkarlıq etdiklərinə görə, üzərinə leysan yağış göndərib, onların tarlalarını və meyvələrini suda qərq etdik. Biz onların üzərinə çə­yirt­kələr göndərdik və bu çəyirtkələr də onların məhsullarını talan etdilər. Biz onların üzərinə əkin sahələrini məhv edən və insanın saçına düşüb, insana əziyyət verən bit­lər göndərdik. Biz onların üzərinə qurba­ğalar göndərdik və beləliklə də, bu qurbağalar onların qab-qacağlarına doluşub, yemək-içməklərini məhv etdi, yuxularına da haram qatdı. Biz onların üzərinə qan göndərdik. Onların su quyuları və çayları qanla doldu. Biz onlara bu açıq-aydın möcüzələri ayrı-ayrılıqda, bir-birinin ardınca göndərdik. On­lara hər bir müsibət üz verdikdə, onlar Allaha iman gətirməkdən və Musanın - aleyhissəlam - gətirdiyini təsdiq etməkdən təkəb­bür­lük göstərdilər, bununla da gü­nahkar, batildən əl çəkməyən və haqqa yönəlməyən bir tayfa oldular.