Muxtəsər təfsir
وَجَـٰوَزْنَا بِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْبَحْرَ فَأَتَوْا۟ عَلَىٰ قَوْمٍ يَعْكُفُونَ عَلَىٰٓ أَصْنَامٍ لَّهُمْ ۚ قَالُوا۟ يَـٰمُوسَى ٱجْعَل لَّنَآ إِلَـٰهًا كَمَا لَهُمْ ءَالِهَةٌ ۚ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ ﴿١٣٨﴾
Musa əsasını dənizə vuran kimi o dərhal yarıldı, Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar Allahdan başqa öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Bu zaman İsrail oğulları Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! Onların Allahdan başqa ibadət etdikləri məbudları olduğu kimi, bizim də ibadət etməyimiz üçün bizə bir məbud düzəlt". Musa - aleyhissəlam - onlara dedi: "Ey Qövmümü! Həqiqətən, siz, Allahı təzim etməkdən, ibadətdə Onu təkləşdirməkdən və Ona layiq olmayan şərikləri Ona qoşmaqdan cahil bir tayfasınız".