Muxtəsər təfsir
وَٱتَّخَذَ قَوْمُ مُوسَىٰ مِنۢ بَعْدِهِۦ مِنْ حُلِيِّهِمْ عِجْلًا جَسَدًا لَّهُۥ خُوَارٌ ۚ أَلَمْ يَرَوْا۟ أَنَّهُۥ لَا يُكَلِّمُهُمْ وَلَا يَهْدِيهِمْ سَبِيلًا ۘ ٱتَّخَذُوهُ وَكَانُوا۟ ظَـٰلِمِينَ ﴿١٤٨﴾
Musa - aleyhissəlam - Rəbbi ilə danışmağa getdikdən sonra Musanın - aleyhissəlam - qövmü öz zinət əşyalarından canı olmayan, böyürən bir buzov heykəli düzəltdilər. Məgər bu buzovun onlarla danışmadığını, onlara hissi və mənəvi haqq yolunu göstərmədiyini, nə bir xeyir, nə də bir zərər vermədiyini görmürdülərmi?! Buna baxmayaraq o buzovu özlərinə məbud qəbul etdilər və buna görə özlərinə zülm edənlərdən oldular.