Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ ٱلْعِجْلَ سَيَنَالُهُمْ غَضَبٌ مِّن رَّبِّهِمْ وَذِلَّةٌ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُفْتَرِينَ ﴿١٥٢﴾
Həqiqətən, buzovu özlərinə ilah qəbul edib, ona ibadət edənlər Rəbbini qəzəbləndirdiklərinə və Onu lazımınca qiymətləndirmədiklərinə görə onlara Rəbbindən şiddətli bir qəzəb və dünya həyatında alçalmaq üz verəcəkdir. Biz Allaha qarşı yalan iftira yaxanları belə bir cəza ilə cəzalandırırıq.