×
الأعرافAyə 175

Muxtəsər təfsir

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱلَّذِىٓ ءَاتَيْنَـٰهُ ءَايَـٰتِنَا فَٱنسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ ٱلشَّيْطَـٰنُ فَكَانَ مِنَ ٱلْغَاوِينَ ﴿١٧٥﴾

Ey Peyğəmbər! İsrail oğullarına, özünə ayələrimizi ver­di­­yimiz, bu ayələri bilib, haqqı başa düşdükdən sonra əməl etməyən, əksinə haqqa arxa çevirib, şeytanın təqibinə məruz qalıb, onu özünə dost tutan və beləliklə də nicat tapıb, doğru yolda olduqdan sonra zəlalətə düşərək həlak olan bir kişinin əhvalatını oxu.