Muxtəsər təfsir
وَإِن تَدْعُوهُمْ إِلَى ٱلْهُدَىٰ لَا يَتَّبِعُوكُمْ ۚ سَوَآءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنتُمْ صَـٰمِتُونَ ﴿١٩٣﴾
Ey Müşriklər! Siz Allahdan başqa özünüzə ilah qəbul etdiyniz bütləri doğru yola çağırsanız, onlar sizin çağırışınızı qəbul edib, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da onlar üçün fərqi yoxdur. Çünki onlar anlamayan, eşitməyən və danışa bilməyən sadəcə cansız bir əşyadırlar.