Muxtəsər təfsir
قَالَ فِيهَا تَحْيَوْنَ وَفِيهَا تَمُوتُونَ وَمِنْهَا تُخْرَجُونَ ﴿٢٥﴾
Allah Adəmə, Həvvaya və onların nəslinə müraciət edərək dedi: "Siz bu yer üzündə Allahın müəyyən etdiyi əcəliniz gəlib çatana qədər yaşayacaq, orada öləcək, dəfn olunacaq və Qiyamət günü sorgu-sual edilmək üçün orada qəbirlərinizdən çıxarılacaqsınız".