×
الأعرافAyə 37

Muxtəsər təfsir

فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَـٰتِهِۦٓ ۚ أُو۟لَـٰٓئِكَ يَنَالُهُمْ نَصِيبُهُم مِّنَ ٱلْكِتَـٰبِ ۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمْ رُسُلُنَا يَتَوَفَّوْنَهُمْ قَالُوٓا۟ أَيْنَ مَا كُنتُمْ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ ۖ قَالُوا۟ ضَلُّوا۟ عَنَّا وَشَهِدُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا۟ كَـٰفِرِينَ ﴿٣٧﴾

Allahın şəriki olduğunu iddia edən və ya Onu naqislikdə itiham edən, yaxud Allahın demədiyi bir şeyi Onun adından deyib Allaha qarşı yalan uy­du­ran, yaxud da Allahın doğru yoluna aparan açıq-aydın ayələrini ya­lan hesab edən kim­sədən daha zalım heç kəs ola bilməz. Bu sifətləri özündə cəm edən kimsələr Lövhi-Məh­fuzda yazılmış xeyir və şər nə­siblərini alacaqlar. Nəhayət, ölüm mələyi və onun mələklərdən olan köməkçiləri onla­rın canını al­maq üçün yan­la­rı­na gəldiyi zaman onlara məzəmmət edərək: "Allah­­dan savayı ibadət etdiyiniz ilahlar ha­rada­dır?! Elə isə onları çağırın sizin imdadınıza yetişsinlər" – dedikdə. Müşriklər mələklərə: "İbadət etdiyimiz bütlər bizi qoyub getdilər, yox oldular və biz onların harada olduqlarını bilmirik!"– deyəcəklər. Beləliklə də, onlar özlərinin ka­fir ol­duqlarını təsdiq edəcək, lakin onların o vaxt təsqiq etmələri onlara heç bir fayda verməyəcəkdir.